xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Göyçayda istirahət mərkəzində müştəri kababı bəyənmədi: Ofisiantı DÖYDÜ

6-08-2025, 09:22 3 dəfə baxılıb

Göyçayda istirahət mərkəzində müştəri kababı bəyənmədi: Ofisiantı DÖYDÜ


Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, hadisə rayonunun Kürdşaban kəndində yerləşən "Murad" istirahət mərkəzində baş verib.

Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Nuran xuliqanlıq niyyəti ilə ictimai qaydalara etinasızlıq göstərib. O, heç bir səbəb olmadan istirahət mərkəzinin işçisi Tacəddinin ünvanına söyüş söyüb, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurub və ona qarşı zor tətbiq edib.

Hadisəni törədən Nuranın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nuran ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar rayonunun Bağman kəndində yaşayır:

"Anar və qaynım Faxrət ilə yaşadığımiz kəndə görüşdük və birlikdə idarə etdiyim avtomobillə Göyçay rayonunun Kürdşaban kəndində "Murad" ailəvi istrahət mərkəzinə getdik. Orada hər üçümüz spirtli içki qəbul etdik. Sonuncu sifarişlərimiz 1 şiş böyrək kababı oldu. Lakin kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördük. Mən buna narazı oldum, kafenin mətbəxinə gedərək kababçı işləyən şəxsə niyə istədiyim formada kabab göndərməməsini dedim. Aramızda sadəcə söhbət oldu. Sonra gəlib öz yerimə əyləşdim. Həmin vaxt heç bir dava-dalaş olmadı. Bir qədər sonra hesabı vermək üçün ofisianta yaxınlaşdım. Anar və Faxrət isə avtomobilə doğru getdilər. Mən hesabı ödədim. Orada kababın yaxşı olmadığını və ofisiant işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığımı bildirdim. Tacəddin isə dedi ki, yesən də, yeməsən də budur. Tacəddin bu sözü dedikdən sonra aramızda mübahisə başladı. Mübahisə zamanı səs-küy oldu və bir-birimizi vurduq. Bundan sonra orada olan şəxslər bizi araladılar".

Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 2 500 manat miqdarında cərimə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi