xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı

15-07-2025, 10:07 4 dəfə baxılıb

Gürcüstanda azərbaycanlı deputat seçiciyə çaynik atdı


Gürcüstanın Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki mövcud problemlərlə bağlı keçirilən görüş zamanı insident baş verib.

“Qafqazinfo” aktual.ge-yə istinadən xəbər verir ki, görüş zamanı Qızılhacılı kənd sakini, Marneuli 4 saylı ictimai məktəbin direktor müavini Əhməd Babakişiyev kənddəki infrastruktur, yol və içməli su problemlərindən danışıb. O bu problemlərlə bağlı kəndin deputatı Ceyhun Çovdarovu və Marneuli meriyasının nümayəndəsi Sədrəddin Talıbovu günahlandırıb.

Onun sözlərinə görə, nə deputat, nə də meriyanın nümayəndəsi bu məsələləri Marneuli Bələdiyyə Məclisində qaldıra bilir və kəndin qeydinə qalır.

Görüşə qatılan Qızılhacılı deputatı C. Çovdarov və mer nümayəndəsi S. Talıbov onlara qarşı Ə. Babakişiyevin dilə gətirdiyi mövzuları qəbul etməyib və gördükləri işlərdən danışıb.

Sorğu-sual şəklində davam edən müzakirə zamanı kənd sakinlərindən biri sərt ifadələrlə Ceyhun Çovdarovu təhqir edib. O isə cavab olaraq masadakı çayniki həmin şəxsə atıb.

Daha ətraflı videomaterialda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi