xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib

14-07-2025, 13:32 4 dəfə baxılıb

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl vətəndaş Humay Əliyeva məşhur oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz əməliyyat keçirdiyini bildirmişdi. Saytımıza müraciət edən qadın əməliyyatdan sonra gözünün kor olduğunu demişdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şikayətlə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.

Xatırladaq ki, Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi. H.Əliyeva məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra onun videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirərək oxşar problemlə üzləşdiyini qeyd etmişdi.

Oftalmoloqun vəkili Asim Abbasov isə saytımıza açıqlamasında bildirmişdi ki, Humay Əliyevanın iddiaları tamamilə yalan və böhtan xarakterlidir.

***

Cahid Şahbazovun vəkili Asim Abbasov saytımıza açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: “Müvəkkilim Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi