xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Kibercinayətkarlardan görünməmiş əməllər - DTX ifşa etdi

14-07-2025, 10:01 7 dəfə baxılıb



Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

“darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi