xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 

Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü - Yenilənib

7-07-2025, 09:55 2 dəfə baxılıb

Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü - Yenilənib


Beyləqanda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

“Qafqazinfo”nun məlumatına görə, ötən ayın 28-də Beyləqanda yerləşən “Kral” şadlıq sarayında təmir işləri aparan zaman rayon sakini olan iki usta - Cəfərov Elşən və Süleymanov Rauf ağır xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov paytaxtda yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.

Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.

Hadisə zamanı xəsarət alan digər usta Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, iyunun 28-i saat 17:00 radələrində Beyləqan rayonunda hündürlükdən yıxılma hadisəsi səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlardan 1973-cü il təvəllüdlü şəxsə başın açıq yarası, 1976-cı il təvəllüdlü şəxsə isə bel nahiyəsinin küt travması diaqnozu təyin edilib.

1973-cü il təvəllüdlü şəxsə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

1976-cı il təvəllüdlü şəxs ixtisaslı tibbi müayinə olunması üçün Bakı şəhəri Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi