xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Qabil Məmmədovla bağlı istintaq başa çatdı

20-06-2025, 10:06 5 dəfə baxılıb

Qabil Məmmədovla bağlı istintaq başa çatdı


Almaniyada yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.

Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.

Qeyd edək ki, Qabil Məmmədov ayrı-ayrı şəxslərə yalan vəd verməkdə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya onlarda fəal iştirak etmə və digər cinayətlərdə ittiham olunur.

İki ay əvvəl o, rəsmi qaydada Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlmədiyindən sonradan təyin olunmuş vəkilin iştirakı ilə Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi