xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

"Allah bunlara insaf versin" - Lahıcda nə baş verir?

4-06-2025, 09:50 13 dəfə baxılıb

"Allah bunlara insaf versin" - Lahıcda nə baş verir?


İsmayıllının Lahıc kəndində “Diz Əli” adlanan ərazidə və Fit qalasının yaxınlığında sirli partlayış səsləri eşidildiyi iddia edilib.

Bu hadisə bölgədə yaşayanların diqqətini çəkib. Dediklərinə görə, ərazidə gizli qazıntı aparılıb.

“Ayın 7-də Niyalda dörd partlayış oldu. Məlumata görə, guya Cavanşirin xəzinəsi qalıb, onu axtarırlar. Daha 2 partlayış da baş verdi. Gedib gördüm ki, hər yeri dağıdıblar. Bizim abidəni dağıtmağa heç kimin haqqı yoxdur”, – hadisə şahidi söyləyib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsindən Mücü kəndi istiqamətində 5-6 kilometr məsafədə dağlıq relyefdə yerləşən Niyal qalası Nazirlər Kabinetinin 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb:

“Müraciətinizə aidiyyəti üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılıb.

Qeyd olunan qanun pozuntusu barədə Dövlət Xidmətinə məlumat daxil olmuş və dərhal məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət olunub. Məsələ ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq aparılır. İstintaq işləri başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.

Ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi