xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 
  • 13:12 – “Biz cəmi 9 aydır ki, sülh şəraitində yaşayırıq” 
  • 13:03 – Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi 
  • 09:49 – Prezident İrəvandakı sammitə onlayn qoşulacaq 

Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi

2-05-2025, 11:36 6 dəfə baxılıb

Rüşvətə görə işdən çıxarılan rəis və müavininə bu cəza verildi


Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslərə hökm oxunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş Malik Əliyev, onun müavini olmuş Mehdi Mehrəliyev, idarənin inspektoru Zaman Əbdulrəhimov və sahibkar Ramin Məmmədzadənin məhkəməsi başa çatıb.

Bildirilib ki, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Malik Əliyevin qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumi dəyəri 30 min manat olan dərman vasitələrinin Astara gömrük postundan ölkə ərazisinə qanunsuz keçirilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Malik Əliyevin rəhbərlik etdiyi struktur qurumun rəis müavini Mehdi Mehrəliyev və gömrük inspektoru Zaman Əbdulrəhmanovla qabaqcadan əlbir olaraq 10 min 400 manat məbləğində rüşvət müqabilində sahibkar Ramin Məmmədzadənin 60 min manat dəyərində məhsulları qaçaqmalçılıq yolu ilə, yəni düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməsinə köməklik etməsi təsdiqini tapıb.

Malik Əliyev, Mehdi Mehrəliyev və Zaman Əbdulrəhmanova Cinayət Məcəlləsinin 32.5, 206.1 (qaçaqmalçılığa köməklik etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və külli miqdarda rüşvət alma) maddələri, Ramin Məmmədzadəyə isə 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə M.Əliyevə 20 min, M.Mehrəliyevə 25 min, Z.Əbdulrəhimova 25 min, R.Məmmədzadəyə isə 24024 manat cərimə cəzası verilib. Onların müəyyən müddət vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.

Qeyd edək ki, faktlar üzə çıxdıqdan sonra vəzifəli şəxslər işdən çıxarılıb və M.Əliyev həbs edilib. Daha sonra məhkəmənin qərarı ilə o, ev dustaqlığına buraxılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi