xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq

14-04-2025, 13:11 1 dəfə baxılıb

Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq


Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı 1983-cü il təvəllüdlü Vüsal Əliyevin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsi bildirilib. V.Əliyev əsasən güzəştli kateqoriyalı şəxslərə aid sənədləri saxtalaşdırmağa və özünün müəyyən etdiyi şəxslərə xüsusilə külli miqdarda pensiyanın köçürülməsinə nail olub. Pensiya köçürülmüş şəxslər arasında onun baldızı və digər qohumları, eləcə də tanışları da olub.

Pullar 2019-cu ilədək müxtəlif bankomatlarda nağdlaşdırılıb. Müəyyən edilib ki, 6,5 milyon manat pul müvafiq olaraq ümumilikdə 16 161, 192 987, 81 066, 293 795, 110 927, 96 089, 410 568, 751 192, 228 974, 217 004, 97 843, 155 097, 119 395, 390 621, 142 157, 56 424, 173 310, 637 490, 338 924, 35 085, 361 072, 152 218, 128 944, 137 143, 221 818, 320 611, 218 290, 99 559, 107 462, 50 872, 40 856, 16 183, 94 369, 11 413, 16 812 və 9 381 manat olmaqla 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751, 637 min manat kimi böyük məbləğin köçürülməsi diqqət çəkir.

Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham edilib.

Məhkəmə ona 14 il 6 ay həbs cəzası verib. Həmçinin ondan müsadirə edilmiş 270 min manat dövlət hesabına köçürülüb. Bundan başqa Vüsal Əliyevdən 5 milyon 956 min manat pulun tutularaq DSMF-nin hesabına köçürülməsi də hökmdə yer alıb.

Qeyd edək ki, V.Əliyev 16 avqust 2019-cu ildə həbs edilib. O, 2006-2010-cu illərdə DSMF-nin Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi və aparıcı məsləhətçi, 2013-2015-ci illərdə isə qurumun Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifələrində işləyib.

Xatırladaq ki, həbs edildikdən sonra V.Əliyev onun əleyhinə ifadə vermiş keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi