Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb.
Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
F.Əliyev bildirib ki, görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6 faiz azalıb.
Baş ədliyyə müşaviri, həmçinin 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin üstünün 100 faiz açıldığını da vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.