xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

Rüxsarə Əliyevanın bacısı həbs edildi - FOTO

3-09-2024, 14:45 1 dəfə baxılıb

Rüxsarə Əliyevanın bacısı həbs edildi - FOTO


Bakı İqtisadiyyat və Humanitar Kollecinin sabiq direktoru Rüxsarə Əliyevanın bacısı Səadət Əliyeva həbs edilib.

Qafqazinfo xəbər verir ki, həmin kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış S.Əliyeva avqustun 29-u Naxçıvan MR Şərur Rayon Məhkəməsində qandallanıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə Səadət Əliyevaya 2 il 2 ay həbs cəzası verilib.

Bildirilib ki, S.Əliyeva daha əvvəl də dələduzluq əməlində təqsirləndirilib. Lakin 2022-ci ildə məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası verib və üzərinə elektron qolbaq taxılıb. Lakin daha sonra Naxçıvan Dövlət Universitetinin tələbəsi hüquq-mühafizə orqanlarına müraciət edərək Səadət Əliyevanın ona qarşı da dələduzluq etdiyini bildirib. Bundan sonra S.Əliyevaya yenidən cinayət işi açılıb. Məlum olub ki, o, xanım tələbəni Bakıda İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə köçürəcəyini yalandan vəd edərək 8500 manat alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi