xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

"TikTok"da kredit adı ilə 350 min manat ələ keçirdi - VİDEO

14-08-2024, 12:39 0 dəfə baxılıb

"TikTok"da kredit adı ilə 350 min manat ələ keçirdi - VİDEO


“TikTok”da bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldatmaqda şübhəli bilinən 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub.

Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədi ilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi