xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

"Səfirlik əməkdaşı" külli miqdarda pul aldı, həbs edildi

13-06-2024, 10:05 2 dəfə baxılıb



Bakıda bir neçə vətəndaşa qarşı dələduzluq edən Eldəniz Qərib oğlu Rzayev həbs edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, E.Rzayev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Rzayev Bakıda bıçaqlanma hadisəsinə görə həbs edilmiş şəxsi azadlığa buraxdıracağı vədi ilə onun yaxınlarından 16 500 manat pul alıb.

Bundan sonra E.Rzayev yüksək vəzifələrdə işləyən tanışlarının vasitəsilə Məmmədov Məhəmməd Cəbrayıl oğluna işlədiyi "Azərsun" Holdinqin nəzdində olan "İmişli Şəkər" zavodunda 268 000 manatlıq mənimsəmə faktına görə barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179, 308 və 314-cü maddələri ilə istintaq olunan cinayət işinin icraatına xitam verdirəcəyini deyib.

O, zərərçəkmiş hüquqi şəxsə maddi ziyanın ödənilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməklə, "Ayna Sultanova" heykəlinin yaxınlığında 60 000 manat, bundan bir neçə gün sonra vahid niyyətin davamı olaraq Məhəmməd Məmmədovun Rüstəm Məhərrəmov vasitəsilə göndərdiyi 15 000 manat pulu ələ keçirib və qarşı tərəfə 75 000 manat ziyan vurmaqla dələduzluq edib.

E.Rzayev ziyan vurduğu şəxslərə özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən yüksəkvəzifəli şəxsin qohumu, eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yerləşən səfirliyində tərcüməçi vəzifəsində işləyən şəxs kimi təqdim edib.

Həmçinin, məlum olub ki, Eldəniz Rzayev illər əvvəl başqa şəxslərə qarşı da oxşar əməllər törədib və məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə E.Rzayevə 7 il 6 ay həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi