xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Daxili orqanlarını satışa çıxaranlar var – Onları hansı cəza gözləyir?

20-12-2023, 10:51 4 dəfə baxılıb

Daxili orqanlarını satışa çıxaranlar var – Onları hansı cəza gözləyir?


Bu gün sosial şəbəkələr reklam baxımından ən əlverişli vasitədir. İnsanlar da bundan istifadə edərək əl işlərini və bacarıqlarını nümayiş etdirib, satışa çıxarırlar. Sosial şəbəkələrdə hətta narkotik satışı ilə məşğul olanlara da rast gəlinir.

Daha bir qaranlıq məsələ isə insanların daxili orqanlarının satışı ilə bağlıdır. Xüsusilə, “İnstagram”da orqanların satışı ilə bağlı tez-tez rast gəlinən elanlara qiymətlər də əlavə edilir. Qan satışından ürəyə qədər, bütün orqanların satışı təklif olunur.

Bununla yanaşı, qadınların və həkimlərin folekullarla bağlı paylaşdıqları elanlar da çoxluq təşkil edir. Yəni qadınlar öz folekullarını müəyyən pul qarşılığında satır, eyni zamanda, həkimlər müəyyən şərtlərlə, müəyyən məbləğ qarşılığında folekul donoru axtardıqlarını elan edirlər. Belə məlum olur ki, folekulları alan ginekoloqlar süni mayalanma əməliyyatları edərkən həmin folekulları övlad sahibi olmaq istəyən qadınlara daha baha qiymətə satırlar.

Halbuki orqanların reklamı, satışı qanunla qadağandır.

Xatırladaq ki, ötən il “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni qanun qəbul olunub. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun.

Bəs, daxili orqanlarını satışa çıxaranlarla necə mübarizə aparılır? Bu cür şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Vəliyev həmin insanları 3-5 ilədək həbs cəzasının gözlədiyini deyib:

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikasının Qanunun 32 maddəsinə əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı ilə məşğul olanlar 3 ilədək müddətə, ağırlaşdlrıcı hallarda isə 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Vəkil bu cür qanunsuz elanlarla aidiyyəti qurumların mütəmadi məşğul olduqlarını bildirib:

“Bu cür elanlar üzrə satıcılar və alıcılar DİN monitorinq qrupları tərəfindən izlənilir və cinayət məsuliyyətinə cəlb olunurlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi