xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

Ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO

5-08-2023, 10:34 28 dəfə baxılıb

Ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO


Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqametinde DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən verilən xəbərə görə, tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikde 73 kq narkotik vasite ve psixotrop madde, hemcinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb.

N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddeleri ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istinaq tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi