xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:43 – İlham Əliyev 19-cu "Caspian Agro Week" və 31-ci "InterFood Azerbaijan" sərgiləri ilə tanış olub 
  • 20:20 – İlham Əliyev və Meloni mətbuata bəyanatlarla çıxış edirlər 
  • 20:16 – Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO 
  • 19:34 – İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirilir - Fotolar 

Xankəndidə hazırlanan 25 avtobusun SİRRİ: separatçılar bu yolla qaçacaq - Ermənistan KİV

4-08-2023, 14:22 15 dəfə baxılıb

Xankəndidə hazırlanan 25 avtobusun SİRRİ: separatçılar bu yolla qaçacaq - Ermənistan KİV


Ermənistan mediası Xankəndidə “mülki erməniləri” Laçın postuna gətirəcək avtobuslarla bağlı daha bir iddia irəli sürüb.

Bu avtobusların əslində erməniləri Qarabağdan çıxarmaq üçün hazırlandığı deyilir.

“Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq: “Təbii ki, bunu “hökumət” (separatçılar) edir, əks təqdirdə, mövcud vəziyyətdə 25 avtobus ayırmazdılar. Lakin məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, “biz dinc, silahsız” gedirik. Bu yürüşün məqsədi nədir?

Bu, ilk baxışdan macəra proqramı kimi görünsə də, elə deyil. İnsanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır. Və bəlkə də bu, yerdəyişmə, yaxud başqa bir proqramdır. “Artsax” rəhbərliyi öz yaxınlarını bu avtobuslara dolduracaq və Qarabağı tərk edəcəklər”.

Qeyd edək ki, separatçılar bir qrup ermənini Laçın postuna gətirməyə hazırlaşır.“Aksiya”nın məqsədinin Laçın postunun açılmasına nail olmaq olduğu haqda məlumatlar var. Lakin Ermənistan mediasında məqsədin başqa olduğunu və ya bu “aksiya”nın baş tutmayacağına dair fikirlər irəli sürülür. //Publika.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi