xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Arayik bizə vaxt qoymuşdu... O DA BİTDİ: İndi nə qələt edəcək? - HƏQİQƏTƏN DƏ...

25-07-2023, 15:30 12 dəfə baxılıb

Arayik bizə vaxt qoymuşdu... O DA BİTDİ: İndi nə qələt edəcək? - HƏQİQƏTƏN DƏ...


Araikin “bir həftəlik” şantajının vaxtı bu gün bitdi: iyulun 17-də elan etmişdi ki, bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, biz həm “artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda (ordumuzun mövqelərinə qarşı) daha sərt tədbirlərə əl atacağıq;

Separatçıların başçısı bu gün növbəti müraciətini yayıb, “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib, o cümlədən, rəsmi Bakının Ağdam rolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib.

Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər.

Əliyev isə Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib və “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub.

Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil, lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq.

Asif Nərimanlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi