xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Evə taksi ilə gəldiyi üçün döyülən qadın: “Uşaqlar hər şeyi gördü”

4-04-2023, 10:30 25 dəfə baxılıb

Evə taksi ilə gəldiyi üçün döyülən qadın: “Uşaqlar hər şeyi gördü”


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin yanvar ayında yaşadığı evdə arvadına yumruq vuraraq gözünü çıxaran Ağdaş rayon sakini 1974-cü il təvəllüdlü Elxan Nəbiyevin məhkəməsi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, həyat yoldaşına ağır xəsarət yetirən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham edilib.

Məhkəmə prosesində bildirilib ki, E.Nəbiyev L.Nəbiyeva ilə 16 il əvvəl ailə həyatı qurub. Onların münasibəti normal olub. Hadisədən əvvəl L.Nəbiyeva gəlini ilə birlikdə Sumqayıtda yaşayan və xəstəlikdən əziyyət çəkən qardaşını ziyarət etmək üçün onlara gedib. Elxan zəng edərək maşınla onları evə gətirməyi təklif edib. Lakin qadın həyat yoldaşına tələsməməyini bildirib və özlərinin qayıdacağını deyib. Bir neçə saat sonra L.Nəbiyeva gəlini ilə birgə Xəzər bağları massivində kirayə yaşadığı evə qayıdıb. Elxan ona irad bildirərək niyə taksi ilə qayıtdığını deyib və yumruqla göz nahiyəsinə zərbə endirib. Bu zaman qadının gözündən qan axmağa başlayıb və o, sol gözünün görmə qabiliyyətini tamamilə itirib.

Məhkəmədə dövlət ittihamçısının suallarını cavablandıran L.Nəbiyeva bunları deyib:
"Hadisə vaxtı gəlinim bizi ayırmağa çalışırdı, uşaqlar isə ağlayırdı. Uşaqlar gözümü necə çıxardığını gördülər. Elxan bu hadisədən əvvəl də məni döyüb. Bu səbəbdən də ondan boşanmışam və şikayətçiyəm”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Nəbiyevə 6 il müddətinə həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən E.Nəbiyev məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi