xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:41 – Prezident fərman imzaladı 
  • 12:56 – İlham Əliyev Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib 
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 12:05 – İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı 

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEO

21-02-2023, 12:29 25 dəfə baxılıb

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEO


ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıblar.

Axtarışları Trend-in Qarabağ bürosunun çəkiliş qrupu lentə alıb.

ANAMA əməkdaşı Habil Babayev bildirib ki, düşmən bu əraziləri bilərəkdən kütləvi minalayıb.
“Erməni quldurları biliblər ki, insanlar öz yaxınlarının məzarlarını axtaracaqlar. Kütləvi şəkildə ərazini minalayıblar. İndiyə kimi 4 hektar ərazinin 15 faizi təmizlənib. Ərazi həddən artıq minalıdır. Çoxlu sayda mina gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minanın çıxması ehtimalı yüksəkdir. ANAMA təmizləmə qrupları 44 günlük Vətən Müharibəsindən sonra ərazidən 81 min ədəd partlamamış hərbi sursat və mina aşkar ediblər. Bunlardan 14 mini tank əleyhinə minadır", - deyə o əlavə edib.

Uzun illərdir yaxınlarının taleyindən xəbərsiz qalanlardan biri də ANAMA-nın əməkdaşı Füzuli rayon Qazaxlar kənd sakini Bəhruz Mahmudovdur.

Bəhruzun atası Behbud Mahmudov da Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb və bu günədək ondan bir xəbər yoxdur. Bəhruz Mahmudov bildirib ki, hər minalı əraziyə daxil olanda atasından bir nişanə tapmaq ümidi ilə mina axtarışına başlayır.

Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ümumi sayı - 3 890 nəfərdir ki, bunlardan 3 171 nəfəri hərbçilər, 719 nəfər isə mülkü şəxslərdir. İtkin düşənlər arasında 71-i uşaq, 267-i qadın, 326 nəfəri isə qocalar olub.

Videoreportajı təqdim edirik:



Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEOErmənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEOErmənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEOErmənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar: ANAMA axtarışlara başladı - FOTO/VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi