xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

İcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTO

20-09-2022, 13:09 22 dəfə baxılıb

İcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTO


Dünən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşının meyitinin iş otağında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qafqazinfo xəbər verir ki, Saatlı RİH-in İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun meyiti saat 11 radələrində iş otağında tapılıb. Belə ki, şöbə əməkdaşları Ə.Behbudovun işə gəlmədiyini düşünüb və onun otağının arxadan bağlı olması və otaqdan qoxunun gəldiyini hiss edərək şübhələniblər. Bundan sonra Əhədin iş otağının qapısı xüsusi vasitə ilə açılıb və onun meyiti aşkar edilib. Məlum olub ki, Ə.Behbudov sentyabrın 16-dan iş otağında vəfat edib və həmin gündən zənglərə cavab verməyib. Həmçinin hadisədən əvvəl 35 yaşlı məmur qapını arxadan bağlayıb.

İlkin ehtimala görə, Ə.Behbudov qəbul etdiyi dərmandan zəhərlənmə səbəbindən dünyasını dəyişib.

Ə.Behbudov ailəli olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

İcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTOİcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTOİcra Hakimiyyətində meyiti tapılan məmurla bağlı yeni detallar - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi