xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:31 – İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib 
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:48 – Prezidentdən ŞAD XƏBƏR - Tezliklə.... 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 

Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı - Bakıda “falçı” fırıldağı

26-07-2022, 10:11 30 dəfə baxılıb

Qadını dua adı ilə aldadıb pulları oğurladı, özünə maşın aldı - Bakıda “falçı” fırıldağı


Bakıda özünü falçı kimi təqdim edərək özgənin əmlakını talamaqda təqsirləndirilən qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo” məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmü ilə 1975-ci il təvəllüdlü Lida Qulamova (soyad-şərtidir) iki il müddətinə azadlıqdan məhrum edilib.

Onun dəluduz əməlinə gəlincə, bu, cari ilin fevralın 22-də baş verib.

Belə ki, Lida Nəsimi rayonu ərazisində piyada hərəkət edən Aytən Məmmədovaya (ad-soyad şərtidir) yaxınlaşıb və ailəsində problemlər olduğunu bildirib. Özünü falçı kimi təqdim edən qadının əzbərləyərək dediyi cümlələrlə Aytənin ailəsində olan problemlər üst-üstə düşdüyündən, zərərçəkən şəxs Lidaya inanıb.

O, hazırda vaxtı olmadığı üçün Lidaya telefon nömrəsi verərək saat 18 radələrində Nizami rayonu ərazisində yerləşən parkda görüşəcəyini bildirib. Bu zaman Lida görüşə gələrkən evində olan pulları da gətirməsini, əskinasların daha da bərəkətli olması üçün dua oxuyacağını bildirib.

Lida isə görüş yerinə onunla əlbir olan, istintaqa adı məlum olmayan qadınla gəlib. Aytən Lidanın dediyi kimi görüşə ağ parçaya bükülü olan 9 000 dollarla yollanıb. Əlavə olaraq fala baxması üçün də ona 200 manat ödəyib.

Bu zaman əlbir olan qadınlar guya dua oxuyaraq Aytənin fikrini yayındırıblar və parçanın arasında olan pulu götürüblər. Lida içi boş parçanı qadına qaytararaq onu sabah açmasını tapşırıb və hadisə yerindən uzaqlaşıb.

O, evə qayıtdıqdan sonra şübhələnməyə başlayıb, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görüb və bu barədə polisə müraciət edib.

Lida Qulamov oğurladığı pulları özünə xərcləyib, 3 000 manata isə Sumqayıtda yerləşən maşın bazarından “Vaz 2109” markalı avtomobil alıb. Məhkəmənin qərarına əsasən, avtomobil müsadirə edilib və zərərçəkmiş şəxsə dəymiş ziyanın
ödənilməsinə yönəldilib.

Qeyd edək ki, bu, Lida Qulamovanın ikinci məhkumluğudur. O, daha öncə etdiyi dələduzluğa görə 3 il 6 ay həbsdə yatıb, 2019-cu ildə azadlığa çıxmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi