xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Rusiyalı ər Ukraynanın işğalını pisləyən həyat yoldaşını polisə verdi - FOTO

25-07-2022, 10:55 22 dəfə baxılıb

Rusiyalı ər Ukraynanın işğalını pisləyən həyat yoldaşını polisə verdi - FOTO


Vladimir Putin tərəfdarı olan 37 yaşlı rusiyapərəst Sergey Obraztsov ölkəsinin Ukraynaya müdaxiləsini tənqid edən 29 yaşlı həyat yoldaşını polisə şikayət edib.

Obraztsov arvadı Yuliya Baykodan Rusiya-Ukrayna müharibəsi ilə bağlı anti-Rusiya hiss və düşüncələrini ifadə etdiyi üçün polisinə şikayət edərək, tədbir görülməsini istəyib.
Ukrayna əsilli Yuliya Boyko, müharibəni tənqid edənləri hədəf alan yeni sərt Rusiya qanunlarına görə təqsirli bilinərsə, həbs oluna bilər.

Sergey Rusiyanın Ukraynanı işğal etdiyi gün həyat yoldaşının isteriya içində ağladığını iddia edib. O, həmçinin həyat yoldaşının azyaşlı oğlu Maksimi vətəni Ukraynaya aparmaq istəməkdə günahlandırıb.
Rusiyalı ər bildirib ki, Yuliya qohumlarını Rusiyaya gəlib yaşamağa dəvət etsə də, onlar bundan imtina ediblər.

Həyat yoldaşının sosial şəbəkələrdə davamlı olaraq təxribat xarakterli paylaşımlar etdiyini deyən şəxs oğlunun da oxuduğu məktəbdə Rusiya əleyhinə şüarlar səsləndirdiyini və digər uşaqlarla mübahisə etdiyini iddia edib. O, əlavə edib ki, Yuliya müharibə əleyhinə ritorikasına görə artıq Rusiya polisi ilə problem yaşayır.

"The Sun Online"a danışan Yuliya deyib ki, yeddi illik həyat yoldaşından bir neçə dəfə ayrılmağa cəhd edib. Onun sözlərinə görə, Sergey müharibə şəraitindən istifadə edərək uşağını əlindən alıb.

Yuliya məhkəmədə ərinə etiraz edəcəyini söyləyib.

Rusiyalı ər Ukraynanın işğalını pisləyən həyat yoldaşını polisə verdi - FOTORusiyalı ər Ukraynanın işğalını pisləyən həyat yoldaşını polisə verdi - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi