xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır

5-07-2022, 10:30 30 dəfə baxılıb

“Location” klubdakı partlayışla bağlı məhkəmə başlayır


Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı istintaq başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, iş üzrə toplanan materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq. İş üzrə 52 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Təqsirləndirilən şəxslər isə klubun meneceri Orxan Səfərli, administrator Rəsul Rəsulov və FHN-in ərazi inspektoru Ruslan Məmmədovdur.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də "Tarqovıy" adlanan ərazidə baş verib. Partlayış nəticəsində ümumilikdə dörd nəfər həlak olub, 34 nəfər yaralanıb. 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.

İstintaq müəyyən edib ki, obyektin mətbəxində qanunsuz olaraq, mövcud qaydaları pozmaqla propan qazının sıxılmış mayesi ilə dolu qaz balonundan istifadə edilib. Həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi