xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı - FOTO

30-03-2022, 12:32 28 dəfə baxılıb

Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı - FOTO


Türkiyənin İsparta şəhərinin Eğidir bölgəsinə bağlı Gökçehüyük kəndində yaşayan 64 yaşlı Eminə Tüzün ad-soyadlı qadına traktoru ilə ötən ilin oktyabr-noyabr aylarında İstanbulda İyul Şəhidlər (Temmuz Şehitler Köprüsü) və Fatih Sultan körpülərindən (Fatih Sultan Mehmet Köprüsü) 6, İstanbul-Ankara və Mahmutbey-Edirne avtomobil yollarından 3 dəfə ödəniş etmədən keçdiyi əsas götürülərək yazılmış 476 min lirəlik cərimə ləğv edilib.

Qaynarinfo xəbər verir ki, buna səbəb cərimənin yalnış anlaşılma nəticəsində yazılması olub.

Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı - FOTO


Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Emine Tüzünənin etdiyi şikayətdən sonra araşdırmalara başlayıb. Kamera görüntülərindən müəyyən edilib ki, həmin yoldan 10 EE 111 Azərbaycan dövlət nömrə nişanlı avtomobil istifadə edib. Nazirliyin mətbuat xidmətindən verilən yazılı açıqlamada sözügedən nəqliyyat vasitəsinin Azərbaycan nömrəli avtomobil olduğu, problemin Azərbaycan və Türkiyə nömrəli nəqliyyat vasitələrinin eyni nömrə nişanından istifadə etməsindən qaynaqlandığı müəyyən edilib. Nəticədə cərimələr ləğv edilib.

Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı - FOTO


Sonradan məlum olub ki, Azərbaycan və Türkiyə dövlət qeydiyyatlı avtomobil nömrə nişanları arasında qarşılıq olub. Həmin yollardan istifadə edən avtomobilin 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı maşın olduğu müəyyənləşib. Hər iki maşının nömrə nişanı eyni olduğundan cəza səhvən Eminə Tüzünə kəsilib.

Qaynarinfo-nun apardığı araşdırma nəticəsində məlum olub ki, əvvəllər 10 EE 111 dövlət nömrə nişanı "Rang Rover” markalı avtomobildə olub. Hazırda isə sözügedən dövlət nömrə nişanı "BMW 430” markalı avtomobildə istifadə edilir. Nəqliyyat vasitəsi Binəqədi rayon sakini Eldəniz adlı şəxsə məxsusdur.

İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydaları pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor şoferinə göndərilib.

Azərbaycan nömrəli avtomobil qaydaları pozdu, cərimə traktor sürücüsü qadına yazıldı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi