Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.
"Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib. Vəkilin sözlərinə görə, M.Quliyevin səhhətində hər hansı yenilik yoxdur:
"Müalicəsi davam edir, vəziyyəti isə ağır olaraq qalır”.
Vəkil onu da əlavə edib ki, M.Quliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixinin sentyabr ayı ərzində təyin edilməsi gözlənilmir.
Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.