xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:34 – Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI 
  • 10:13 – Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub 
  • 10:07 – İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir 
  • 10:00 – Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır 

Neftçalada qısqanc qadın ərini öldürüb meyitini...: 9 il sonra üstü açılan cinayətin istintaqı yekunlaşdı

10-09-2021, 10:25 38 dəfə baxılıb

Neftçalada qısqanc qadın ərini öldürüb meyitini...: 9 il sonra üstü açılan cinayətin istintaqı yekunlaşdı


Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.
"Ölkə.Az" xəbər verir ki, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb.

12.07.2021-ci il tarixdə Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilıb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi