xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:08 – İlham Əliyev onları təltif etdi 
  • 11:24 – Prezident İlham Əliyev: Ermənistanla sülh yalnız kağız üzərində deyil 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 

Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edildi

7-09-2021, 14:07 51 dəfə baxılıb

Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edildi


Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
İclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmdən əvvəl qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub. Daha sonra dövlət ittihamçısı çıxış edərək, Elnur Mövlamova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı halda ona 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib. Digər zərərçəkmiş, Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub. Elnur Mövlamov ittiham olunduğu hər iki maddə üzrə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edildiAlim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edildi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi