xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:33 – Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib 
  • 12:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 12:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 
  • 11:16 – Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar 

COVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO

23-07-2021, 11:11 109 dəfə baxılıb

COVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO


Kürdəmirdə polis şadlıq evlərində profilaktiki tədbirlər keçirib.

Report xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evləri ilə profilaktiki görüşlər keçirib. Mərasim başlamazdan əvvəl keçirilən görüşlərdə polis əməkdaşları ilə birlikdə Qida Təhlükəsizliyi Agentliyinin və ərazi üzrə vergilər idarəsinin əməkdaşları da iştirak edib.

Görüşlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb.

Həmçinin keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi qaydalarını pozduqlaına görə “Miraj” və “Nicat” şadlıq evlərinin hər ikisi ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 4000 manat cəriəmə olunub.

COVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTOCOVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTOCOVID-19 pasportu olmayanlar toya buraxılmadı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi