xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Karantin qaydalarını pozan şadlıq sarayları cərimələndi, cinayət işi açıldı - FOTO

17-07-2021, 14:02 53 dəfə baxılıb

Karantin qaydalarını pozan şadlıq sarayları cərimələndi, cinayət işi açıldı - FOTO


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, “Əsgər” şadlıq evinin şərtlərə uyğun olaraq ümumilikdə 40 qonaq qəbul etmə imkanlarının olmasına baxmayaraq, toy mərasimində 110 nəfərin iştirak etdiyi, eləcə də orada olanların COVID-19 pasportu olmadığı aşkarlanıb. Virusun yayılmasına real zəmin yaradan obyekti işlədən Asif Mustafayev barəsində toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

“Miraj”, “Sevgi” və “Sərin” şadlıq saraylarında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

“Miraj” şadlıq sarayının icarədarı Elnur Allahverdiyev 4 min, “Sevgi” şadlıq sarayının icarədarı Tahir Əliyev 5 min məbləğində cərimə olunub. “Sərin” restoranını icarə əsasında işlədən Rübail Abbasov barəsində toplanmış materiallar isə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 4 min manat məbləğində cərimələnib.

Karantin qaydalarını pozan şadlıq sarayları cərimələndi, cinayət işi açıldı - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi