xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

Dmanisidə vəziyyət gərginləşdi - Video

17-05-2021, 14:45 76 dəfə baxılıb

Dmanisidə vəziyyət gərginləşdi - Video


Gürcüstanın Dmanisi şəhərində yerli azərbaycanlılarla Svanetidən olan eko-miqrantlar arasında toqquşmalar kəskinləşib.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, rayonda yaşayan etnik azərbaycanlılar səhər saatlarında küçələrə çıxaraq ötən gün bir azərbaycanlı ailəyə məxsus mağazanı dağıdanların cəzalandırılmasını tələb ediblər.

Şəhərdə asayişin qorunması üçün polis qüvvələri səfərbər edilib. Gürcüstan Daxili İşlər Nazirliyi Dmanisi sakinlərini iğtişaşları dayandırmağa və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmağa çağırıb.

Qeyd edək ki, qarşıdurmalar ötən gün Dmanisi şəhərinin “9 aprel” küçəsi 23-də yerləşən azərbaycanlı ailəyə məxsus “Ömər” marketə kütləvi hücumdan sonra başlayıb.

Mağaza sahibi Qəşəm Şamilovun sözlərinə görə, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan (gürcü) əsilli şəxslərdir. O, hücum edən şəxslərin artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu verməyəcəklərini dediklərini bildirib.

***

“Sputnik Gürcüstan”ın məlumatına görə, Dmanisidə bir neçə yüz yerli sakinin iştirakı ilə baş vermiş kütləvi dava ilə bağlı vəziyyət nisbətən sakitləşib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi