xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 
  • 13:49 – Prezident və birinci xanım Şamaxıda 
  • 12:14 – İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi 

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə hökm oxundu

25-02-2021, 11:30 54 dəfə baxılıb

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə hökm oxundu


Moskvanın Nikulinski Məhkəməsi 2020-ci ilin iyulunda “1001 gecə” adlı Azərbaycan restoranına edilən hücumda iştirak edən 7 Ermənistan vətəndaşı barəsində hökm çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmənin qərarına görə, restorana edilən hücumdan sonra saxlanılan 7 Ermənistan vətəndaşı 2 il həbs cəzasına məhkum edilib.

Hücumdakı iştirakçıların bütün hərəkətləri müəssisədə quraşdırılmış videokamera tərəfindən qeydə alındığı üçün cinayətkarların kimliyini tapmaq polis üçün çətin olmayıb. Hücum iştirakçıları Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan, habelə Razmiq Sahakyan xuliqanlıqda təqsirli bilinərək barələrində iki il müddətinə həbs cəzası qərarı verilib. Restoran sahibi məhkumlara maddi və mənəvi ziyanın ödənilməsi üçün bir iddia qaldırmayıb.

Xatırladaq ki, Moskvanın Maryino rayonunda azərbaycanlıya məxsus olan “1001 gecə” restoranına hücum 24 iyul 2020-ci il tarixində səhər saat dörd radələrində baş verib.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında qarşıdurmalar iki ölkənin sərhədində 12 iyul 2020-ci ildə Ermənistan tərəfindən başladılan silahlı qarşıdurmanın kəskinləşməsi fonunda baş vermişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi