xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Marketdə məhsulları əzən generalın oğludur - VİDEO

5-05-2021, 12:09 56 dəfə baxılıb

Marketdə məhsulları əzən generalın oğludur - VİDEO


Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslərdən biri - Rüstəm Orucov general Novruzəli Orucovun oğludur.
“Report” xəbərinə görə, R.Orucov və onun tanışı Xəyalə Vəliyeva bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxslər saxlanılıb. Onlar polis orqanına gətirilib və R.Orucovla X.Vəliyeva ilə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, 2017-ci ilin iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi