xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

"Porsche" sürücüsü aləmi bir-birinə vurdu — maşını polislərin üzərinə sürdü - VİDEO

24-10-2019, 13:30 54 dəfə baxılıb

"Porsche" sürücüsü aləmi bir-birinə vurdu — maşını polislərin üzərinə sürdü - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
APA xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib.

Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.

Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb.
Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.

Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi