xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Sərdar 20 yaşlı sevgilisini öldürüb meyitini zibillikdə gizlətdi - VİDEO

19-03-2021, 11:26 68 dəfə baxılıb

Sərdar 20 yaşlı sevgilisini öldürüb meyitini zibillikdə gizlətdi - VİDEO


Xəbər verdiyimiz kimi, bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı Pərvin Musayevanın qətlə yetirildiyi məlum olub. Onu 20 yaşlı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb və mərhumun meyitini zibillikdə gizlədib.
“Qafqazinfo” xəbər verir ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.

Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Maraqlıdır ki, adıçəkilən şəxslər ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Pərvin Musayevanın meyiti şəhərin Avtozavod deyilən ərazisində zibil poliqonundan tapılıb. Qətl təxminən bir ay əvvəl törədildiyi üçün meyit eroziyaya uğrayıb.

Qətli törətməkdə şübhəli bilinən Sərdar Cəfərov saxlanılıb. İlkin məlumata görə, qətl qısqanclıq zəminində baş verib. İstintaq davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi