xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Xadimənin maaş kartını götürən sabiq direktora cinayət işi açıldı

4-03-2021, 13:00 70 dəfə baxılıb

Xadimənin maaş kartını götürən sabiq direktora cinayət işi açıldı


Vətəndaş Fərqan Əliyevin Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əməkhaqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əməkhaqqısını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Qazax rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əməkhaqqı kartını götürüb saxlamasına, həmin karta əməkhaqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi