xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Qardaşlığımızın möhürlənməsinin beşinci ili

15-06-2026, 09:49 6 dəfə baxılıb

Qardaşlığımızın möhürlənməsinin beşinci ili


Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il ötür.

“2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan bu sənəd təkcə iki dövlətin siyasi iradəsinin ifadəsi deyil, həm də regionda sülhün, təhlükəsizliyin və uzunmüddətli əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm strateji yol xəritəsidir.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyat sahəsinə, humanitar əməkdaşlıqdan informasiya siyasətinə qədər geniş istiqamətləri əhatə edir. Burada əsas məqsəd ayrı-ayrı sahələr üzrə əməkdaşlığın inkişafı deyil, iki dövlətin strateji maraqlarının vahid baxış əsasında uzlaşdırılmasıdır.


Bəyannamənin mühüm cəhətlərindən biri təhlükəsizlik sahəsində əməkdaşlığın yeni səviyyədə təsbit olunmasıdır. Bununla yanaşı, sənəd iqtisadi və geoiqtisadi baxımdan da böyük əhəmiyyət daşıyır. Son onilliklərdə Bakı ilə Ankara arasında həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə regionun deyil, daha geniş coğrafiyanın inkişafına təsir göstərib. Şuşa Bəyannaməsi isə bu əməkdaşlığın yeni mərhələsinin siyasi təməlini formalaşdırıb.

Bəyannamədə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və diaspor fəaliyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı müddəalara da yer verilib.

Şuşa Bəyannaməsinin imzalanmasından ötən müddətdə sənədin müddəaları real nəticələrlə öz təsdiqini tapıb. Müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin intensivləşməsi, enerji və nəqliyyat layihələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət və qarşılıqlı siyasi dəstək bu sənədin praktik əhəmiyyətini nümayiş etdirir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərin hüquqi bazasını möhkəmləndirən sənəd olmaqla yanaşı, regionda formalaşan yeni əməkdaşlıq mühitinin, sabitlik və inkişaf strategiyasının mühüm sütunlarından biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi