xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:20 – Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib 
  • 13:56 – İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib 
  • 12:50 – Prezident açılışda - Fotolar 
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 

Cavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLAR

4-02-2020, 10:30 179 dəfə baxılıb

Cavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLAR


Seçkilərə hazırlıq özünün ən intensiv mərhələsinə qədəm qoyur.

Şəkinin Baş Zəyzid və Orta Zəyzid kəndlərində də əhali seçki öncəsi təşviqata böyük maraqla yanaşırlar.

Deputatlığa namizəd Cavanşir Feyziyevin Zəyzid seçiciləri ilə görüşləri bir daha göstərdi ki, vətəndaşlar bu ilki parlament seçkilərinə çox fəal qoşulublar. Hər iki kənddə yüzlərlə insanın qatıldığı görüşlər böyük ruh yüksəkliyi şəraitində keçdi. Namizədin vəkilləri, əməkdar jurnalist Akif Salam, jurnalist Ələddin Əsədzadə və başqaları Cavanşir Feyziyevin keçən 9 il ərzində Milli Məclisin üzvü kimi fəaliyyətini şərh edərək, onun həm seçki dairəsi ərazisində, həm də beynəlxalq parlamentlərarası əlaqələr sahəsində fəal iş apardığını seçicilərin diqqətinə çatdırdılar.

Toplantıda çıxış edən kənd sakinləri də ötən 9 il ərzində deputat Cavanşir Feyziyevlə müntəzəm ünsiyyətdə olduqlarını, onun fəaliyyətindən razı qaldıqlarını və növbəti seçkilərdə də Cavanşir Feyziyevidəstəkləyəcəklərini qeyd etdilər.

Hər bir kənddə 3 saatdan artıq davam edən görüşlərdə onlarla kənd ziyalıları çıxış edərək, Cavanşir Feyziyevə 6-cı çağırış Milli Məclis seçkilərində uğurlar arzuladılar.Deputatlığa namizəd Cavanşir Feyziyev seçicilər qarşısında çıxış edərək, ölkədə aparılan genişmiqyaslı islahatlardan – mühüm kadr islahatlarından, icbari tibbi sığortanın tətbiqinə başlanılmasından, aqrar sahədə kənd əhalisinə göstərilən dövlət dəstəyindən danışaraq dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında geniş məlumat verdi.

Sonda Cavanşir Feyziyev Zəyzid seçicilərinin etimadını doğruldacağına və onları ölkənin ali qanunvericilik orqanında layiqincə təmsil edəcəyinə söz verdi.


Cavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLARCavanşir Feyziyevin seçicilərlə möhtəşəm görüşü - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi