Hacı Salayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar
18-12-2019, 16:00
195 dəfə baxılıb
Şər və Böhtan yazanlara tutarlı cavab - Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayev
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər bəzi deputatlarda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "DAHA BİR DEPUTATIN ADI BORC QALMAQALINDA-HACI SALAYEVƏ AĞIR İTTİHAMLAR". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
“Regionun lider dövləti olan Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin qüdrəti mütəmadi olaraq artır. Azərbaycanın dinamik inkişafını, bütün sahələrdə ardıcıl və mühüm nailiyyətlərin əldə olunmasını təmin edən başlıca faktorlardan biri davamlı islahatların həyata keçirilməsidir”. Bu fikirləri Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayev deyib.
Ölkəmizdə dərin iqtisadi, hüquqi və institusional islahatlar müvəffəqiyyətlə həyata keçirilir. Struktur islahatları da məhz bu islahatların davamıdır. Onun sözlərinə görə, struktur islahatları çərçivəsində dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili həm də büdcə vəsaitinə qənaət baxımından müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən, bu islahatların nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Hacı Salayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayevdir.
29.11.2010-cu il tarixdən Dördüncü Çağırış Azərbaycan Respublikasının Milli Məclisinin Deputatıdır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Milli Məclisin Bolqarıstan, Estoniya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür. 2012-ci ildən Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr qrupunun rəhbəridir.
2011-ci ilin aprel ayından Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavinidir.
2015-ci ilin aprel ayında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən “Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə” Medalı ilə təltif edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
Parlamentdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edən deputat Hacı Salayev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Hacı Salayev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Hacı Salayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Hacı Salayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Hacı Salayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Hacı Salayevdan danışdılar. Hacı Salayev öz isguzarlığı ilə tanınır və seçilir….Hacı Salayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Hacı Salayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır! Bizdə hörmətli Hacı Salayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR