xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

1 saylı Kliniki Tibbi Mərkəzi sağlamlığın tək ünvanı

26-09-2019, 12:09 345 dəfə baxılıb

1 saylı Kliniki Tibbi Mərkəzi sağlamlığın tək ünvanı

Şər və Böhtan yazanlara tutarlı cavab - 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər 1 saylı Şəhər Klinik Xəstəxanasında, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

1 saylı Kliniki Tibbi Mərkəzi sağlamlığın tək ünvanı


Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ədalət Dadaşovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşovdur.

1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov :Xəstə hər şeydən şikayət edir. Əvvəl istliklə bağlı problem var idisə, artıq bu məsələ öz həllini tapıb. Az hallarda isə həkimin xəstəyə olan kobud rəftarından şikayət edirlər. Bu da yerində araşdırılaraq müvafiq tədbirlər görülür. Əslində həkim xəstə və onun yaxınından şikayət etməli deyil. Adətən, həkimlər xəstə yaxınları ilə çox ünsiyyətdə olur. Normadan çox olanda da bu müəyyən narazılığa gətirib çıxarır. Amma yenə də həkim öz əsəblərini cilovlamalıdır.

Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilir. Əgər xəstənin özünə dərman aldırılırsa, deməli, həmin dərman nəzərdə tutulmuş siyahıda yoxdur. Yəni bununla bağlı müqavilə var və yazılanda xəstə heç bir etiraz etmir. Siyahıda olan dərmanların təchizatında qısamüddətli texniki fasilələr ola bilir. Məsələn, innovasiya bazasına həmin dərman yazılıb, lakin xəstəxanaya hələ gətirilməyib. Bu, həmin dərmanların Mərkəzdə olmadığı demək deyil. Əsas olan xəstənin taleyidir.


1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi Ədalət Dadaşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Ədalət Dadaşov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ədalət Dadaşov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ədalət Dadaşovdan danışdılar yaxşı ki, Ədalət Dadaşov 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi təyin olunub… Ədalət Dadaşov öz isguzarlığı ilə tanınır və seçilir…

1 saylı Kliniki Tibbi Mərkəzi sağlamlığın tək ünvanı
.

Ədalət Dadaşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ədalət Dadaşovu heç vaxt əqidəsindən döndərə bilməz.

Ədalət Dadaşov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ədalət Dadaşov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ədalət Dadaşov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ədalət Dadaşovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ədalət Dadaşov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ədalət Dadaşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 1 saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ədalət Dadaşov özünü doğruldub. Bizdə hörmətli Ədalət Dadaşovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
1 saylı Kliniki Tibbi Mərkəzi sağlamlığın tək ünvanı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi