Nazım Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
5-11-2019, 15:47
213 dəfə baxılıb
Son illər Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlərin bəhrəsini indi hər bir Azərbaycan vətəndaşı öz həyatında görür və hiss edir. Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, indi nəinki paytaxt Bakıda, eləcə də bölgələrdə ən müasir səhiyyə ocaqları inşa edilməklə, tibb müəssisələri yüksək ixtisaslı kadrlarla təmin olunub.
Bunu Gəncənin timsalında daha aydın görmək mümkündür. Əminliklə demək olar ki, artıq gəncəlilər müayinə və müalicə üçün digər yerlərə getmirlər. Sakinlər bilirlər ki, yaşadıqları şəhərin tibb müəssisələrində müalicə olunmaqla yenidən sağlamlıqlarına qovuşa bilərlər.
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Gəncə Şəhər Səhiyyəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Gəncə səhiyyə idarəsində özbaşınalıq". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazım Əhmədovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Nazım Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nazım Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Nazım Əhmədov özünü doğruldub. Bizdə hörmətli Nazım Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR