“Yeni Ağdaşın” müasir, abad və yaraşıqlı küçələri ilə addımlayırıq...Tofiq İbrahimov
27-11-2019, 11:21
234 dəfə baxılıb
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Qaroğlan kəndində səyyar görüş keçirdi
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Qaroğlan kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və 100 nəfərə yaxın kənd sakinləri iştirak ediblər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü-gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir. Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.
Kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.Tofiq İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülüb, ağaclar əkilib, qazonlar salınıbdır.
Ağdaş şəhərinindən keçən magistral yolun sağ tərəfində son illərdə yaradılmış müasir inzibati mərkəzə, şəhərin xəritəsinə əlavə olunmuş bu abad və yaraşıqlı əraziyə yerli əhali, haqlı olaraq, “Yeni Ağdaş” adı vermişdir. Bu möhtəşəm layihə, ümumiyyətlə, son dövrdə rayonda aparılmış genişmiqyaslı quruculuq işləri, Prezident İlham Əliyevin də vurğuladığı kimi, həqiqətən, Ağdaşın köhnə simasını dəyişdirmişdir. Bütün bunlar artıq, təbii olaraq, “dünənin” və “bugünün” Ağdaşından söhbət açmağa əsas verir.
Həqiqətən, ən müasir üslubda inşa olunmuş Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binası bir memarlıq nümunəsi kimi də diqqəti çəkir. Binada müasir idarəetmənin metodlarından istifadə olunması üçün bütün texniki imkanlar yaradılıb. Rayon sakinlərinə müraciət xidməti, sakinlər və yerli icra nümayəndəlikləri ilə video-konfrans zalı fəaliyyətin səmərəliliyini artırır. Qeyd edək ki, ölkə rəhbəri Ağdaşa səfəri zamanı son illərdə tikilmiş Heydər Əliyev Mərkəzinin, YAP-ın Ağdaş rayon təşkilatının inzibati binasının, Bayraq meydanının, Ağdaş Meyvə Emalı Zavodunun, Ağdaş Yem Emalı Fabrikinin, Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun, Ləki dəmir yolu vağzalının, Ağdaş regional elektrik yarımstansiyasının açılışlarında iştirak etmiş və Heydər parkında həyata keçirilmiş yenidənqurma işləri ilə də tanış olmuşdur.
Rayon rəhbərliyi qarşıda duran problemləri yerlərdə əhali ilə keçirilən görüşlərdə, ümumrayon toplantılarında vaxtaşırı müzakirə edir, konkret tədbirlər hazırlayıb həyata keçirir. Hazırda rayon ərazisində bir sıra həlli vacib problemlər qalmaqdadır. Bunların da vaxtında və yüksək səviyyədə həll olunması üçün aşağıdakı məsələlər təxirəzalınmaz hədəf kimi seçilmişdir: Ağdaş şəhərinin küçələrinin asfaltlaşdırılmasının davam etdirilməsi; mərkəzi küçələrin işıqlandırma sisteminin bərpa olunması, kəndlərarası yolların asfaltlaşdırılması; Ağdaş şəhərinin qaz istismar şəbəkəsinin yenidən qurulması, kənd yaşayış məntəqələrinin qazlaşdırılması; istismar müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsi, elektrik xətlərinin SİP-kabellərlə əvəz olunması; əhalinin içməli suya tələbatının ödənilməsi məqsədilə qəsəbə və kəndlərdə artezian su quyularının qazılması və sutəmizləyici qurğuların quraşdırılması; əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və s. Bu problemlərin aradan qaldırılması məqsədilə hazırda rayonda ardıcıl və sistemli iş aparılmaqdadır.
Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov haqqında mətbuatda gedən yazılar mahiyyət etibarı ilə böhtan və yalandan başqa bir şey deyil. Bunu təsdiq edən yüzlərlə fakt və dəlil ortaya qoymaq mümkündür. Çünki Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimovun rayon camaatına göstərdiyi münasibət və atdığı addımların sayəsində Ağdaş Rayonunda camaat məmnuniyyəti yerinə gəlib. İllərdən bəri yaranmış problemləri aradan qaldırmaq heç də asan məsələ deyil. Amma Ağdaş Rayonu İcra Hakimiyyətinin Başçısı Tofiq İbrahimov onları qısa müddətdə yoluna qoyaraq, hər şeyi qaydasına salmağı bacaran icra başçısıdır.
Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR