Xəlil Göyüşov: Bu dövlət bizlərə Ümummilli Lider Heydər Əliyevin əmanətidir
15-07-2022, 12:29
39 dəfə baxılıb
'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov - Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ümummilli Lider Heydər Əliyev birinci hakimiyyəti dövründə respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım genişləndirirdi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işlərinin hüquqi bazasının yaradılmasına mühüm töhfələr verdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq Ümumittifaq miqyasında qabaqcıl yerlərdə dayanırdı.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi də xalqın çox ağır bir vaxtına təsadüf etdi. Ancaq əslində bu bir təsadüf deyildi. Çünki Ümummilli Liderin hakimiyyətədə olmadığı müddətdə xalqın başına gətirilən bəlalar hakimiyyət uğrunda mübarizə aparanların çirkin niyyətlərinin təzahürü idi. Xüsusən də 1992-ci ilin may ayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Ancaq Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ümummilli Liderə görə xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli-mənəvi dəyərlərinə söykənməlidir. Milli-mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzun zaman yaşaya bilməz. Hər ötən gün bizə onun necə uzaqgörən bir insan olduğunu, Azərbaycanın qarşıdakı onilliklər boyu yüksəliş yolunu necə zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyini bir daha təsdiqləyir.
Bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin 19 illik fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Əgər vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilərsə bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Bu qələbənin mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Bu qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi.
Bir xalq olaraq bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Çünki bu dövlət bizlərə Ümummilli Lider Heydər Əliyevin əmanətidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR