xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nizami Qasımzadə: Azərbaycan xalqı- sülhsevərdir, qurucudur, yaradıcıdır!

5-05-2022, 11:48 149 dəfə baxılıb

Nizami Qasımzadə: Azərbaycan xalqı- sülhsevərdir, qurucudur, yaradıcıdır!


272 saylı məktəbin direktoru Nizami Qasımzadə - İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması əsas prioritetlərdəndir. Həmin regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımız yaxın zamanlarda öz doğma yurd-yuvalarına qovuşacaqlar.

Ölkəmizin bəyan etdiyi sülh gündəliyi Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanlar yaradacaq

Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı 30 il ərzində bu günlərin həsrətində idi, Ali Baş Komandanımızın liderliyi və şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində xalqımız Zəfər sevincini yaşadı.

Artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var. Çünki Qarabağımızın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi üçün çalışmalıyıq. Məlumdur ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha artırır. Qaraba­ğın bərpası regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcək. 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar üfüqi açmışdır. Xalqımız qardaş və dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq və ən yaxın gələcəkdə yüz minlərlə azərbaycanlı Cəbrayıla, Qubadlıya, Zəngilana, Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq.

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib. Nəhayət, Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Ermənistan da bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.

Prezident İlham Əliyevin bu gün regionda erməni işğalçılarından Azərbaycan torpaqlarının azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı güc olacaqdır. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.

Prezident İlham Əliyev tərəfindən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməli qoyuldu, həmin regionlara həm xarici, həm də yerli investorlar tərəfindən böyük maraq var. Azərbaycan sahibkarları böyük həvəslə bu işlərə qoşulurlar. Cənab Prezidentin də ifadə etdiyi kimi, bu həm də vətəndaşlıq borcudur. Azərbaycanın iş adamları ölkə başçısının çağırışlarına cavab verirlər. Yaradılan yeni iş yerləri, sənaye müəssisələri, kənd təsərrüfatı ilə bağlı sahələr vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət göstərəcək. Bu, Azərbaycanın bir dövlət olaraq qüdrətindən, düzgün iqtisadi-sosial siyasətindən xəbər verir.

“Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır. Bu mənada, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əldə olunan nailiyyətlər və uğurlar isə bir daha bu siyasətin səmərəliliyindən xəbər verir. Xüsusən, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının diqqət mərkəzində saxlanılması, onların həyat səviyyəsinin yüksəldilməsi, mənzillərlə, avtomobillərlə, işlə təmin olunması istiqamətində mühüm addımlar atılır. Elə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin istifadəyə verilməsi bu kateqoriyadan olan əhaliyə göstərilən diqqət və qayğının əyani sübutudur”.

Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar Azərbaycanda sosialyönümlü dövlət modelinin formalaşdığını deməyə əsas verir: “Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb. Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 min şəxsi əhatə edib, şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub, mənzil proqramı 5 dəfə genişləndirilib. Belə ki, sözügedən kateqoriyadan olan insanlara 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Eyni zamanda, ümumilikdə 300 müharibə əlili son nəsil protezlərlə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Bütün bunlar isə bir daha isbatlayır ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet fəaliyyət istiqamətidir”.

“Cənab Prezident İlham Əliyev şəhid ailələrinə və qazilərə davamlı diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib”. Bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi