xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Tarixi sahibinə qayıdan doğma torpaqlarımızda yeni həyat başlayı

23-10-2021, 10:44 305 dəfə baxılıb

Tarixi sahibinə qayıdan doğma torpaqlarımızda yeni həyat başlayı



Füzuli şəhərinin işğaldan azad olunması rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Güclü Azərbaycan ordusu özünə qaytardı, sakinlərimizin öz doğma torpaqlarına el-obalarına qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verdi. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olundu.

Otuz il ərzində düşmən burada möhkəmlənirdi. Müzəffər Azərbaycan Ordusunun endirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Erməni silahlı birləşmələri diz çöktürüldü.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfər qazanıb. Tez bir zamanda Qarabağda normal həyat təmin ediləcəkdir. Bu istiqamət üzrə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarımızda gələcəyə istiqamətlənmiş bərpa işləri aparılır, strateji quruculuq layihələri həyata keçirilir.

Azərbaycanın təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınması və nüfuz qazanması işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çərçivəsində həyata keçiriləcək layihələrdə də özünün aydın ifadəsini tapır. Yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələrini birləşdirən “ağıllı kənd” layihəsi bir daha Azərbaycanın gücünü və iqtisadi potensialını nümayiş etdirir. Azad edilmiş ərazilərin kənd təsərrüfatı potensialı böyükdür. Bu, ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına və Azərbaycanın iqtisadi potensialının daha da yüksəlməsinə və Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar yaradır. Tarixi sahibinə qayıdan doğma torpaqlarımızda yeni həyat başlayır.

Azərbaycan Ordusu sülh yolunda tər tökdü, savaşda qan tökdü və yüzillər keçsə belə, dünya durduqca xatırlanacaq II Qarabağ savaşını qazanaraq dünyanın ən güclü orduları arasında, Qafqazın ən güclü Ordusu olduğunu isbat etdi. Həmçinin, Azərbaycanın və regionun inkişafı üçün yeni səhifə açdı. Biz çox xoşbəxt xalqıq ki, cənab Ali Baş Komandan kimi vətənpərvər, xalqını sevən liderimiz var. İnanırıq ki, cənab prezidentimizin rəhbərliyi ilə ölkəmiz bundan da böyük uğurlar qazanacaq, xalqımız daha xoşbəxt həyat yaşayacaq.

Abdulla Əliyev,

Sarvan kənd tam orta məktəbin hərbi rəhbəri,

Vətən müharibəsi iştirakçısı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi