xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Vüqar Quliyev: “Biz birlikdə güclüyük!”

4-03-2022, 11:15 142 dəfə baxılıb

Vüqar Quliyev: “Biz birlikdə güclüyük!”


Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xəyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Vüqar Quliyev 29 dekabr 1965-ci ildə Naxçıvan şəhərində anadan oub. Ali təhsillidir. Müxtəlif sahələrdə, o cümlədən SOCAR- da müxtəlif vəzifələrdə çalışıb. Qarabağ uğrunda gedən döyüşərdə yaxından iştirak edib, müharibə veteranıdır.

YAP “Biz birlikdə güclüyük!” devizi altında daha möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir. YAP “Biz birlikdə güclüyük!” devizi altında daha möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir. “Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Bir ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyası adını qazanaraq daim dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayır. İrəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların, müəyyənləşdirdiyi hədəflərin təməlində də “Güclü dövlət, yüksək rifah” prinsipi dayanır. Xalqın inamını və etimadını qazanan partiya hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirir. Bu, ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyin, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın və dəstəyin göstəricisidir. Tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev Qələbəmizi şərtləndirən amillərdən, müasir müstəqil Azərbaycana davamlı uğurlar qazandıran Heydər Əliyev yolundan geniş bəhs edərək bu fonda gələcək perspektivləri açıqladı. Ölkə Prezidenti bu inamı ifadə etdi ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.” Bu fikirləri Bakı şəhəri Nizami rayon Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.

YAP Sədri cənab İlham Əliyev VII qurultayda partiyanın yeni Proqramının hazırlanması və təsdiqi ilə bağlı tapşırıqlarını verdi: “Ötən ilin sonunda YAP İdarə Heyətinin qərarı ilə təsdiqlənən, demokratik dəyərlərə və milli maraqlara əsaslanan, müasir yanaşma və metodları özündə ehtiva edən partiyanın yeni Proqramında partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar öz əksini tapıb. Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi amillər önə çəkilir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.”

Proqramda YAP-ın fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib:”Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış əsas hədəflərdir. Bu günümüzün çağırışlarından biri məhz işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini müasir tələblər əsasında həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının yeni Proqramında partiyanın bu prosesə dəstəyi əsaslı şəkildə qeyd olunur. Ölkəmizdə görülən bütün işlərdə fəal iştirak edən, hər zaman ölkə vətəndaşlarının istəklərini ifadə edərək onların yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımların atılmasında həm maraqlı olan, həm də təşəbbüslər irəli sürən Yeni Azərbaycan Partiyası 30 ilə yaxın öz döğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın Böyük Qayıdışına öz töhfələrini verməyə çalışır. Ümumilikdə, YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunmasına, Azərbaycan dövlətinin dayanıqlı inkişafına, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılmasına xidmət edir.”

“Yeni Proqramın “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəslində qeyd olunduğu kimi, partiyanın xalqımızın maraqlarına söykənən fəaliyyəti ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edir”. “Biz birlikdə güclüyük!” devizi altında təsdiqlənən yeni Proqram özündə bütün məqamları ehtiva edir: “Bu deviz Azərbaycan dövlətinin, xalqının gələcəyinə yönələn bütün addımların mahiyyətində dayanır. 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündə bu çağırışı edərək “Dəmir yumruq” kimi birləşdik, dünyaya birliyimizi, məğrur, yenilməz xalq olduğumuzu nümayiş etdirdik. Tarixi Qələbəmizdə bu birliyimizin rolu böyükdür. İki ildən artıqdır dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlayanda da “Biz birlikdə güclüyük!” dedik və onun müsbət nəticələri göz önündədir. Ölkəmizin hər bir uğurunda öz rolu, payı olan Yeni Azərbaycan Partiyası hər zaman monolitliyi, sözlə əməl birliyi ilə diqqətdə olur, birgə səylərin göstərilməsi ilə hədəflərə yüksək səviyyədə nail olur.”

YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır:

“Partiyada cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir. Əsas hədəflərindən biri Heydər Əliyev irsinin təbliği və təşviqi olan, dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirak edən, beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğinə, ölkələr arasında münasibətlərin inkişafına böyük töhfələr verən YAP-ın cəmiyyətdə mövqeyi günbəgün möhkəmlənməkdədir. YAP “Biz birlikdə güclüyük!” devizi altında daha möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi