13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür
09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Rəşid Manafov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
24-09-2019, 15:54
231 dəfə baxılıb
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Rəşid Manafovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu.
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Neftçala Rayon Maliyyə İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Neftçala Rayon Maliyyə İdarəsinin rəisi Rəşid Manafovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da 2019-cu il tarixə sosial-iqtisadi inkişafla səciyyələnən il kimi daxil olub. Rayonda aparılan davamlı abadlıq-quruculuq işləri, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına yönəldilən tədbirlər müsbət nəticələr verib və gələcək uğurların etibarlı təməlinə çevrilib. Doğrudan da Neftçala müstəqil rayon kimi yarandığı dövrdən sonra qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi, aqrar, sosial sahələrdə və ictimai həyatın digər sferalarında tərəqqiyə nail olmuş, əldə etdiyi nailiyyətlərlə respublikanın qabaqcıl rayonlarından birinə çevrilmiş və bu tərəqqi o vaxtlar ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilmişdir.
Rayonun bütün bina və küçələrində də işıqlandırma sistemi təkmilləşdirilib. Eyni zamanda, rayon ərazisində çoxlu ağac və gül kolları əkilmişdir. Əkilən ağacların əksər hissəsini həmişəyaşıl ağaclar təşkil edir. Sözsüz, Neftçalanın ölkənin ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısının və Nefçala rayon Maliyyə idarəsinin rəisi Rəşid Manafovun əməyi böyükdür. Belə ki, o, rayonda aparılan abadlıq-quruculuq işlərini daim diqqət mərkəzində saxlayır. Məhz elə bu səbəbdən də Nefçala rayonu ildən-ilə gözəlləşməkdədir. Rayonun hər tərəfində səliqə-sahman göz oxşayır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Nefçalaya turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Nefçala inamla gələcəyə doğru addımlayır.
Sorğu apardıq ağız dolusu Rəşid Manafovdan danışdılar yaxşı ki, Rəşid Manafov Nefçala rayon Maliyyə idarəsinin rəisi təyin olunub… Rəşid Manafov öz isguzarlığı ilə tanınır və seçilir….
Rəşid Manafov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Rəşid Manafovu heç vaxt əqidəsindən döndərə bilməz.
Rəşid Manafov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Rəşid Manafov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Prezident İlham Əliyevdən nümunə götürən Rəşid Manafovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Rəşid Manafov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Rəşid Manafov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Nefçala rayon Maliyyə idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: