xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sumqayıtda aparılan son sorğularda yerli iş adamlarının gömrük xidmətindən razı qaldıqları, onların bu sahədə ciddi bir problemlərinin olmadığı müəyyən edilmişdir

9-01-2020, 10:54 208 dəfə baxılıb

Sumqayıtda aparılan son sorğularda yerli iş adamlarının gömrük xidmətindən razı qaldıqları, onların bu sahədə ciddi bir problemlərinin olmadığı müəyyən edilmişdir


Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrəti getdikcə güclənir, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşunun həcmi gündən-günə artır, ölkədə kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılır, eləcə də regionların sosial-iqtisadi inkişafı sürətlənir. Şübhəsiz ki, bu göstəricilərə təsir edən əsas faktorlardan biri də iqtisadi islahatların davamlı olaraq aparılması və ticarətin liberallaşdırılması ilə yanaşı, həmçinin beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət başçısı tərəfindən müəyyən edilən vəzifələrdir.

Sumqayıtda iş adamlarına qayğı daim diqqətdə saxlanılır və yerlərdə sahibkarlarla müntəzəm qaydada görüşlər keçirilir, onları narahat edən məsələlərin həllinə kömək göstərilir. Sumqayıtda aparılan son sorğularda yerli iş adamlarının gömrük xidmətindən razı qaldıqları, onların bu sahədə ciddi bir problemlərinin olmadığı müəyyən edilmişdir.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov prezident İlham Əliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyi münasibəti ilə saytımızın rəhbəri Ruslan Mehdiyev və əməkdaşları təbrik edir.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır və bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək böyük sərmayələr qoyur.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilmiş, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilmişdir.

Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, “elektron hökumət” üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edir.

Bu qlobal çağırışlar şəraitində, Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçilir və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənovdur.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov - vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vəzir Həsənov yüksək insanlığı ilə seçilən bir insan və Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəridir! Vəzir Həsənov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.

Bunların məqsədi ölkədə və ölkə xaricində baş verənləri ictimaiyyətə çatdırmaqdır. Lakin bütün xəbər saytları, onların təsisçiləri və əməkdaşları heç də bu məqsədə xidmət etmir. Bəziləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Bu məqsədə çatmaq üçün tənqidlə təhqiri bilərəkdən qarışdırıb, vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirirlər. Təbii ki, hamı pul qazanmaq, evini çörəklə təmin etmək istəyir. Amma kimsə şər-böhtan, şantaj və təhqir yolu ilə harama gedirsə, bu uzun çəkmir. Bunları elə-belə yazmadım. Bəzi “jurnalistlər” var ki, qapı-qapı düşüb dövlət idarələrində məmurları şantaj edərək pul dilənməklə məşğul olurlar. Belə olan halda peşəsini və dövlətini sevən əsil jurnalistlər isə normal fəaliyyət göstərə bilmirlər.

Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri general-mayor Vəzir Həsənov barədə şər-böhtan, əsassız, qeyri-obyektiv, maddiyata hərisliklə, sifariş əsasında çox cizmaqaralar “işıq üzü” görüb. Əslində o yazılar müəllifin və sayt rəhbərliyinin daxili aləminə hakim kəsilən zülmətin təzahürü olub. Onların çoxuna da cavab verilməyib. Bir jurnalist kimi şər toplusu müəlliflərinə cavab vermişəm. Bəzi saytlarda gedən “Bəylər Əyyubovun adından istifadə edən Vəzir Həsənov kimdir”, Sumqayıt Gömrük İdarəsi “Sirdaş” şirkətinə çevrilib və sair başlıqlı həqiqətdən uzaq yazıları görəndə istədim ki, ona cavab verim.

Ümumilli Lider Heydər Əliyevin miras qoyduğu siyası kursa sadiqliyi ilə seçilən Vəzir Həsənovun bir neçə vaxdır ki, radikal müxalifətçiliklə məşğul olan mənfur şəxslərin hədəfinə çevrilməsi istəyi boşa çıxdı. Və həmin şəxslər, həmişə xeyirxahlığı və kişiliyi ilə seçilən Vəzir Həsənova qarayaxma və böhtan xarakterli yazılarla onun imicinə xələl gətirmək amacına nail olmaq üçün əllərindən gələni etməyəkləri gülüş doğururdu. Bu səbəbdən də mediada onun haqqında böhtan xarakterli məlumatlar dərc edilir. Onlara qarşı Qara-Piar yaratmağa çalışılırdı. Ancaq bu şəxslər birdəfəlik bilməlidirlər ki, Vəzir Həsənov dövlət quluğunda şərəflə çalışır. Prezidentinə və xalqına layiqli olmaqla yanaşı öz həyatlarını şərəfli işlərə həsr edirlər. Xülasə kimin kim olmağını hər kəs yaxşı bilir.

Əlinə qələm alan, sayt açan, jurnalist adını daşıyan hər bir kəs bilməlidir ki, Haqq yolunu azmaqla haqqa çatmaq olmaz.

Vəzir Həsənov, vəzifəsinin icrasına başladığı gündən Sumqayıt Baş Gömrük İdarəsində köklü islahatlar aparılmasına səy göstərir

Xezerinformasiya.com xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi