Ramsin Abdullayev: Böyük Qələbən Mübarək Vətən!
19-11-2020, 13:05
180 dəfə baxılıb
Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev - Müzəffər Azərbaycan Prezidenti, Qalib Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi altında şanlı ordumuz tərəfindən Azərbaycanın tarixi şəhəri və mədəni paytaxtı, Qarabağın tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması Azərbaycan xalqının tarixində yeni bir əbədi tarix yazdı. Bu tarixi Zəfər İkinci Dünya Müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı və 1 milyona yaxın Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.
Bu böyük tarixi qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla bütün xalqımızı təbrik edirəm. Prezidentimizin bu tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generallarının yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut etdi. Digər tərəfdən isə əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən,ikiüzlü, utanmaz Baş naziri Nikol Paşinyanın və erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.
Artıq gec olsa da beynəlxalq ictimaiyyət anladı və başa düşdü ki, Azərbaycan xalqı haqq işi uğrunda apardığı mübarizədə tam haqlıdır. Eyni zamanda, bu qələbədən sonra Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin qorunmasında və bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda isə haqqı nahaqqa verdiklərini tam sübut etdi. Həmçinin regional problemlərin həllində qonşu ölkələrin oynadığı mühüm rolu önə çəkdi. Dünyada artmaqda olan böhranların və regional toqquşmaların müsbət həll edilməsində Türkiyə-Rusiya münasibətlərinin əvəzolunmaz rolunu və dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq etdi.
Üçrəngli bayrağımızın 44 gün ərzində Cəbrayılda, Horadizdə, Füzulidə, Zəngilanda, Şuşada, 300-ə yaxın yaşayış məntəqələrimizdə və ən mühüm strateji yüksəkliklərimizdə dalğalanması Ali Baş Komandanımız İlham Əliyev cənablarının yüksəkvə məğlubedilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin və vəhdətinin çox parlaq və sönməz bir nümunəsidir. Heç şübhəsiz bu şanlı, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır.
Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda mədəniyyət mərkəzi olmasını tez bir zamanda sübut edəcək. Eyni zamanda, bu rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm mərkəzinə çevriləcəkdir.
Bu böyük tarixi Zəfər günü münasibəti ilə dövlətimizin Qalib sərkərdəsi və Prezidenti İlham Əliyev cənablarını, müzəffər və şanlı ordumuzu, bütün Azərbaycan xalqını təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi.
İnanıram ki Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız müzəffər Prezidentimizin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, bütün insanlar isə öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf etməsinə və çiçəklənməsinə öz layiqli töhfələrini verəcəklər.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının bir neçə gün əvvəl Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir zamanda sağalması və dinc həyata qayıtması üçün hər şeyi edəcəkdir.
Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan Ordusu!
Bir daha tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR