xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Siyasət Dadaşov: Qarabağ Dirçəliş Fondu ölkəmizin həyatında yeni dövrün başlanğıcına təkan verəcək

8-01-2021, 12:35 194 dəfə baxılıb

Siyasət Dadaşov: Qarabağ Dirçəliş Fondu ölkəmizin həyatında yeni dövrün başlanğıcına təkan verəcək


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Siyasət Dadaşov Firuz oğludur.

Artıq şanlı tarixə çevrilmiş ötən 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən böyük mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında qazanılan şanlı tarixi Qələbəmizdir. Bu qibtə ediləcək Böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunmuş və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulmuşdu.
Vətən Müharibəsində tarixi Zəfərimiz regionda yeni siyasi-iqtisadi perspektivlər açır. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı xoşbəxtdir ki, Azərbaycan kimi çiçəklənən ölkədə yaşayır. Onun uzaqgörən və müdrik siyasi lideri vardır. Ölkə başçımız Ulu Öndərin siyasi xəttini davam edərək, Azərbaycan üçün yeni üfüqlər açdı.
Azərbaycan dünya hərb tarixində yeni başlıqla yeni bir dastan yazdı. 2020-ci ilin sonu dünya hərbi tarixində yeni müharibə aparmaq üsulunu məhz Azərbaycan əsgəri yazdı. Məhz Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları ilə müharibə edildi. Bu bir şanlı Azərbaycan Tarixi səhifəsidir.
Azərbaycan əsgəri Dədə Qorqud nəsiyətləri ilə böyüyüb başa çatmışdır. Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, “o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz”
Ömrünü xalq üçün Azərbaycan ölkəsinin inkişafına həsr edən, yorulmadan bunun üçün çalışan Prezident isbat etdi ki, Azərbaycan torpağında iqtisadi inkişaf həmişəki kimi əsas məsələdir və bu torpağın qorunması üçün də Ali Baş Komandan Müzəffər Ordu qurmuş və bütün dünyaya bacarıqlarını nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, Dünya Bankı belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxr edici məqam olduğu kimi, digər ölkələr üçün nümunədir. Bu gün Azərbaycan regionun lider ölkəsidir.
Azərbaycan bütün dünyaya “günəş kimi parladı”. Bu Ulu Öndər Heydər Əliyevin strateji kursunun istiqaməti idi və buna Ölkə Başçımız cənab İlham Əliyev nail oldu.
2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu.
Azərbaycan bundan sonra da çiçəklənəcək, müdrik siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələri fəth edəcəkdir.

Yenicə başladığımız 2021-ci il isə Qalib ölkəmizin qarşısında yeni tarixi dövr acır. Bu il isə tarixə Dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaqdır.
Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı fərman Dirçəlişin başlancığı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanğıcına təkan verəcəkdir. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon,şəhər, qəsəbə və kəndlərdə bərpa və quruculuq işlərinin vüsət alınması üçün geniş imkanlar açacaqdır. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında da mühüm və əvəzolunmaz rol oynayacaqdır.
İnanıram ki, qarşımızda duran bu çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından,cinsindən,təhsilindən, maddi imkanından asılı olmayaraq hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına verəcəyi dəstəklə Dirçəliş tariximızə öz layiqli və yaddaqalan töhfəsini əsirgəməyəcəkdir. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın yekdil birliyinin yenı təzahur forması olacaqdır.
Dirçəliş Fondunun yaradılması Qalib dövlətimizin insanlarının qəlbində qürurverici tarıxı kimi qalacaqdır. Çünki Fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə öz vətəndaşlıq töhfələrini verməkdən həmişə qürur duyacaqlar.
Dirçəlişin mübarək, Qalib Vətən!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi