xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:01 – Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib 

Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı - İnsident yaratdı

Bugün, 13:14 0 dəfə baxılıb

Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanılıb.
Xitab24.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobilinin sürücüsü Anar Şirinov dönmə işıqlarından istifadə etmədiyi üçün saxlanılıb. Bu zaman onun sərxoş olduğu üzə çıxıb. Lakin keçmiş məmur alkotester cihazını tələb olunan qaydada üfürməyərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb. Bundan başqa, o, polis əməkdaşları ilə mübahisə etməyə başlayıb. Nəticədə hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları çağırılıb və sürücü 5-ci Polis Bölməsinə aparılıb.

İnsident yaradan Anar Şirinov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 150 manat cərimə olunub.

Qeyd edək ki, A.Şirinov vaxtilə müxtəlif dövlət orqanlarında, o cümlədən diplomatik korpusda və keçmiş Nəqliyyat Nazirliyində çalışıb. O, hazırda özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinin direktorudur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi